Kamala Harrisin evinə girməyə cəhd etdilər


Naməlum qadın iki dəfə ABŞ-nin keçmiş vitse-prezidenti Kamala Harrisin evinə girməyə cəhd edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “New York Post” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, insident Kamala Harrisin Malibu malikanəsində baş verib.
Hadisə ilə əlaqədar əraziyə polis çağırılıb.
Harrisin nümayəndəsi bildirib ki, təhlükəsizlik xidməti evə girmək cəhdinin qarşısını vaxtında almağı bacarıb.
Evə girməyə cəhd edən qadın yenidən ərazidə peyda olduqdan sonra təhlükəsizlik xidməti polisə zəng edib.
Gələn polis əməkdaşları protokol tərtib ediblər, lakin qadını saxlamayıblar.
Onun hərəkətlərinin motivləri hələ də məlum deyil.

DİGƏR XƏBƏRLƏR

Top