Aşan avtomobildə yanğın baş verdi: Sərnişin həyatını itirdi


Ötən gün saat 22: 30 radələrində Qəbələ rayon sakini İlkin Abdullazadə idarə etdiyi "Mercedes" markalı nəqliyyat vasitəsilə Qaraməryəm- İsmayıllı-Şəki avtomobil yolunda hərəkətdə olarkən idarəetməni itirərək aşıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə BDYPİ məlumat yayıb.
Bildirilib ki, yol kənarına düşən avtomobildə yanğın baş verib.
Qəza nəticəsində avtomobildə olan sərnişin - sürücünün həyat yoldaşı Münəvvər  Abdullazadə hadisə yerində həyatını itirib.
Əraziyə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top