
“Sabah” Çempionlar Liqasının Liqa mərhələsində mübarizəyə başlayıb.
Yeniavaz.com xəbər verir ki, təmsilçismiz ötən axşam 1-ci turda “Mançester Yunayted”in qonağı olub.
“Old Trafford” stadionunda Bakı vaxtı ilə saat 23:00-da start götürən qarşılaşma meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.
Görüşün icmalını təqdim edirik:
***21:49, 10 sentyabr
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 1-ci turunda qarşılaşacaq “Mançester Yunayted” və “Sabah” komandalarının start heyətləri açıqlanıb.
Komandalar meydana aşağıdakı heyətlərdə mübarizə aparacaqlar.
“Mançester Yunayted”: Senne Lammens, Mateus Kunya, Leni Yoro, Lisandro Martines, Nussair Mazraui, Yuri Tilemans, Kobbi Meynu, Brayan Mbyomo, Brunu Fernandeş (k), Patrik Dorqu, Benyamin Şeşko
“Sabah”: Stas Pokatilov (K), Rəhman Daşdəmirov, Eyden Makkarti, Timoteuş Puxaç, Akim Zedadka, İvan Lepiniça, Umarali Raxmonaliyev, Kristian Nvaçuvku, Velko Simiç, Coy-Lens Mikels, Kahim Parris.
Qeyd edək ki,”Mançester Yunayted” – “Sabah” oyunu Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
Tətbiqimizi yükləyə bilərsiniz