Agentliyin əməkdaşı Xocalıda minaya düşdü


Xocalı rayonunun Daşkənd kəndi ərazisində sentyabrın 10-da mina hadisəsi baș verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) məlumat yayıb.
Bildirilib ki, agentliyin əməkdaşı – 1990-cı il təvəllüdlü Həsənov Anar İftixar oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib:
“Hadisə nəticəsində o, sol ayağından xəsarət alıb. Xəsarət alan əməkdaş rayon xəstəxanasına təxliyə edilib. Vəziyyəti qənaətbəxşdir”.

DİGƏR XƏBƏRLƏR

Top