
Ukrayna, Rusiya və ABŞ nümayəndələri arasında növbəti üçtərəfli görüş BƏƏ, İsveçrədə və ya Türkiyədə keçirilə bilər.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərin növbəti üçtərəfli görüşün harada keçirilə biləcəyi ilə bağlı suallarını cavablandırarkən bildirib.
“Görüş Birləşmiş Ərəb Əmirliklərində, İsveçrədə, Türkiyədə və ya digər ölkələrdə keçirilə bilər. Biz kifayət qədər təcrübəyə malikik və müxtəlif ölkələrdən dəvətnamələrimiz var”, - Zelenski qeyd edib.
O, əlavə edib ki, belə bir görüşün payızda keçirilməsini istəyir.
Zelenskinin sözlərinə görə, görüşdə enerji, taxıl ixracı və humanitar məsələlər müzakirə oluna bilər.
Həmçinin, tərəflər arasında enerji obyektlərinə və ixrac infrastrukturuna hücumların dayandırılmasının müzakirəsi də istisna deyil.
Bundan əlavə, Zelenski bildirib ki, Ukrayna məhbus mübadiləsini də sürətləndirmək istəyir.
Qeyd edək ki, Ukrayna-Rusiya-ABŞ məsləhətləşmələrinin əvvəlki raundu 17-18 fevral tarixlərində Cenevrədə keçirilib.
Tətbiqimizi yükləyə bilərsiniz