Türkiyədə “müddətsiz” aliment dövrü başa çatır


Türkiyədə boşanmadan sonra ödənilən alimentlə bağlı mühüm hüquqi dəyişikliklər gözlənilir.
Yeniavaz.com
“Sözcü”yə istinadla xəbər verir ki, bu barədə Türkiyənin ədliyyə naziri Akın Gürlək bildirib.
O qeyd edib ki, oktyabr ayında boşanma proseslərinin uzanmasının qarşısını almaq və alimentlə bağlı yaranan hüquqi qeyri-müəyyənliyi aradan qaldırmaq üçün yeni tənzimləmələr həyata keçiriləcək.

Mövcud qanun necə işləyir?
Türkiyə Mülki Məcəlləsinin 175-ci maddəsinə əsasən, boşanma nəticəsində gəlirləri təyin olunmuş yoxsulluq səviyyəsindən aşağı düşən şəxs qarşı tərəfdən onun maddi imkanlarına uyğun olaraq yoxsulluq alimenti tələb edə bilər. Qanunda alimentin “müddətsiz” ödənilməsi nəzərdə tutulduğuna görə, məhkəmələr indiyədək əksər hallarda müddəti əvvəlcədən müəyyən edilməyən aliment təyin edirdilər.

Yeni tənzimləmə nə gətirir?
Türkiyə Böyük Millət Məclisinə təqdim ediləcək yeni model “müddətsiz aliment” anlayışının əvəzinə, aşağı və yuxarı hədləri müəyyən edilmiş mərhələli hüquqi çərçivə nəzərdə tutur.
Layihəyə əsasən, alimentin müddəti birbaşa nikahın davametmə müddəti ilə əlaqələndiriləcək. Buna görə:
- 3 ildən az davam edən nikahlar üçün maksimum 2-3 il;
- 5 ilədək davam edən nikahlar üçün maksimum 5 il;
- 5-10 il davam edən nikahlar üçün isə aliment müddətinin nikahın davam etdiyi müddəti keçməməsi planlaşdırılır.


Məhkəmələr qərar qəbul edərkən yalnız nikahın müddətini deyil, həmçinin tərəflərin yaşını, sağlamlıq vəziyyətini, uşaqların olub-olmamasını, əmək qabiliyyətini və peşə bacarıqlarını nəzərə almalı olacaq.

DİGƏR XƏBƏRLƏR

Top