Motoxuliqanlıq edənlər saxlanılıb – Video


Ötən gün keçirilən tədbirlər zamanı motoxuliqanlıq edən, yüksək səs-küy yaradaraq sakinlərin rahatlığını pozan, eləcə də sürücülük hüququ olmadan nəqliyyat vasitəsi idarə edən 30 sürücü Abşeron RPİ-nin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Yeniavaz.com
xəbər verir ki, tədbirlər zamanı həmçinin nəqliyyat vasitələrinin konstruksiyasına qanunsuz müdaxilə edərək əlavə işıq və səsboğucu qurğular quraşdıran 12, narkotik vasitənin təsiri altında avtomobil idarə edən 2 sürücü barəsində inzibati protokollar tərtib olunub.
Qeyd olunub ki, Abşeron rayonunda bu istiqamətdə nəzarət-profilaktik tədbirləri davam etdirilir.

DİGƏR XƏBƏRLƏR

Top