
Braziliyalı hücumçu Qabriel Martinelli İngiltərə çempionu “Arsenal”dan Səudiyyə Ərəbistanının “Əl Hilal” klubuna keçib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı klubunun rəsmi veb-saytında məlumat dərc olunub.
Bildirilib ki, klub hücumçu ilə 2030-cu ilə qədər müqavilə imzalayıb.
Qeyd edək ki, Martinelli 2019-cu ildən “Arsenal”da oynayır. O, ötən mövsüm London komandasında 53 oyun keçirib, 11 qol vurub və 7 məhsuldar ötürmə edib.
Qeyri-rəsmi məlumatlara görə, “Arsenal” Martinellinin transferindən 70 milyon avro əldə edib.
Tətbiqimizi yükləyə bilərsiniz