Tramp Hörmüzdən neft tədarükünün tam bərpa olunduğunu bildirib


“Hörmüz boğazından neft tədarükünün həcmi, demək olar ki, İranla münaqişənin başlamasından əvvəlki səviyyəyə qayıdıb”.
Yeniavaz.com
xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp özünün “Truth Social” hesabında yazıb.
O bildirib ki, hazırda boğazdan sutkada təxminən 18 milyon barel neft keçir.
ABŞ lideri, münaqişə başlamazdan əvvəl bu göstəricinin 20 milyon barel olduğunu qeyd edib.
Qeyd edək ki, sentyabrın 2-də CNN telekanalı iki amerikalı rəsmi şəxsin məlumatına istinadla ABŞ hərbçilərinin Hörmüz boğazından təxminən 18 milyon barrel neft daşıyan 40 ticarət gəmisini müşayiət etdiyini yazıb. Bildirilib ki, bu, münaqişənin başlanmasından bəri qeydə alınan ən yüksək göstəricidir.

DİGƏR XƏBƏRLƏR

Top