Ramiz Mehdiyevin kürəkəni vergi borcunu vaxtında ödəmir


“Astoriya Tibb Mərkəzi” MMC (VÖEN – 1500545191) dövlət büdcəsinə olan vergi borcunu vaxtında ödəməyib.
Yeniavaz.com
xəbər verir ki, 3 sentyabr 2026-cı il tarixinə olan məlumata görə, “Astoriya Tibb Mərkəzi” MMC-nin vergi borcu 13 min 142 manat 40 qəpik təşkil edib.
Məlumat üçün bildirək ki, 2012-ci ildə dövlət qeydiyyatına alınan “Astoriya Tibb Mərkəzi”nin nizamnamə kapitalı 11 milyon 931 min manat təşkil edir. MMC-nin hüquqi ünvanı “Yasamal rayonu, Landau, ev 6”da yerləşir.
“Astoriya Tibb Mərkəzi”nin qanuni təmsilçisi Prezident Aparatının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti, hazırda barəsində dövlətə xəyanət ittihamı ilə bağlı cinayət işi açılan Ramiz Mehdiyevin kürəkəni Əliyev İlham Əlisəftər oğludur.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top