
BMT-nin Baş katibi Antonio Quterreş və ABŞ Prezidenti Donald Tramp arasında Baş Assambleyanın (BA) 81-ci sessiyası çərçivəsində görüş hələ planlaşdırılmayıb, lakin onun baş tutacağına şübhə yoxdur.
Yeniavaz.com xəbər verir ki, bu barədə dünya təşkilatının rəhbərinin rəsmi nümayəndəsi Stefan Dujarrik brifinqdə məsələ ilə bağlı suala cavab olaraq bildirib.
“Şübhə etmirəm ki, o (Quterreş - red.) bunu edəcək, çünki o, həmişə ev sahibi ölkənin prezidenti ilə görüşür”, - o qeyd edib.
Qeyd edək ki, BMT Baş Assambleyasının 81-ci sessiyasının ümumi debatları 22-26 sentyabr və 28 sentyabr tarixlərində keçiriləcək.
Tətbiqimizi yükləyə bilərsiniz