
Türkiyənin “Trabzonspor” klubu baş məşqçisi Fatih Tekke yollarını ayırıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə klub rəsmi bəyanat yayıb.
“Trabzonspor”un vitse-prezidenti Serkan Kılıç və Fatih Tekke arasında görüş keçirildiyi və görüşdən sonra Fatih Tekkenin qarşılıqlı razılaşma ilə klubdan ayrıldığı bildirilir.
“Müzakirələrdən sonra “Trabzonspor”un maraqları və gələcək hədəflərimizə uyğun olaraq Fatih Tekke ilə yollarımızı ayırmaq barədə qarşılıqlı razılığa gəldik”, - “Trabzonspor”un rəsmi bəyanatında qeyd edilib.
Qeyd edək ki, bu yaxınlarda Super Liqada “Trabzonspor” “Amedspor”a 2-1 hesabı ilə məğlub olmuş və oyundan sonra Fatih Tekke məsuliyyəti öz üzərinə götürdüyünü bildirmişdi.
Xatırladaq ki, 48 yaşlı mütəxəssis 2025-ci ildən “Trabzonspor”a rəhbərlik edirdi.
Tətbiqimizi yükləyə bilərsiniz