
İsrailin Qəzza şəhərinə endirdiyi hava zərbəsi nəticəsində ən azı dörd mülki şəxs həlak olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
Bildirilib ki, hücum şəhərin qərb kənarındakı Əl-Katib ətrafını hədəf alıb və ölənlər arasında iki uşaq və bir qadın da var.
Daha əvvəl isə, İsrail Müdafiə Qüvvələri (IDF) HƏMAS komandirini zərərsizləşdirmək üçün ərazidə əməliyyat keçirildiyini elan edib.
Məlumata görə, əməliyyat zamanı İsrail ordusu şiddətli müqavimətlə qarşılaşıb və atışmada bir neçə əsgər yaralanıb.
Xatırladaq ki, avqustun 30-da İsrail qüvvələri Qəzza zolağının şimalındakı Cəbəliyada HƏMAS-ın hərbi qanadının “Nuhba” xüsusi təyinatlı dəstəsinin komandiri Əbdül Fəttah Əbu əl-Eişi öldürüb.
Tətbiqimizi yükləyə bilərsiniz