Türkiyə 2017-ci ildə təqribən 5 milyon rusiyalı turisti qəbul etməyə ümid edir və buna hazırdır. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu “World Tourism Forum”un sədri Bulud Bağcı deyib. O qeyd edib ki, Türkiyə 2015-ci ildə qəbul edilən turistlərin sayına görə dünyanın 6-cı ölkəsi olub: “Rusiyalılar Türkiyədən savayı, Tailand, İspaniya, İtaliya və bir çox ölkələrə səfər edirlər. Biz rusiyalı turistlərin bir qisminin yenidən Türkiyəni digər turizm istiqamətərindən üstün tutacağına hazırıq. Hələlik təqribi proqnozlar vermək olar, lakin aprel-may aylarında, ilkin bronlama həcmləri aydın olanda daha konkret rəqəm söyləmək mümkün olacaq”. Xatırladaq ki, “World Tourism Forum” 2014-cü ildə yaradılıb və İstanbulda yerləşir.