
İngiltərəli ulduz futbolçu Markus Reşfordun karyerasını hazırkı klubu “Mançester Yunayted”də davam etdirəcəyi bildirilir.
Yeniavaz.com xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
“Yayılan məlumatlara baxmayaraq, Markus Reşfordun mövqeyi dəyişməyib: o, bu yay Türkiyə klublarına keçməyəcək.
Bütün diqqəti “Mançester Yunayted”dədir və “Fənərbağça”ya keçid ehtimalı yoxdur”, - deyə Romano bildirib.
Qeyd edək ki, uzun müddətdir Türkiyə mətbuatında, xüsusilə, İstanbul təmsilçisi ilə yaxın əlaqələri olan jurnalistlər Reşfordun “Fənərbağça”ya keçəcəyini iddi edirdilər.
Tətbiqimizi yükləyə bilərsiniz