“Katriona Alliance”ın Qara dənizdə gəmisi batıb


Rumıniya sahilləri yaxınlığında, Sfıntu-Qeorqe şəhərindən təxminən 40 kilometr cənub-şərqdə Qara dənizdə ticarət gəmisi yanaraq batıb.
Yeniavaz.com
xəbər verir ki, Rumıniya Dəniz Administrasiyasının məlumatına görə, hadisə Dominikan bayrağı altında üzən “PROGRESS IV” gəmisində baş verib.
Bildirilir ki, yanğın barədə məlumat daxil olduqdan sonra əraziyə xilasedici qüvvələr cəlb olunub. Nəticədə gəminin 12 ekipaj üzvünün hamısı xilas edilib. Onlardan bir nəfərin yaralandığı bildirilir.
Rumıniya Prezidenti Nikos Dan hadisənin ölkənin ərazi sularının sərhədində, eksklüziv iqtisadi zonada baş verdiyini bildirib. O, hadisənin dəqiq səbəbləri müəyyənləşdirilənədək fərziyyələrdən çəkinməyin vacibliyini vurğulayıb.
Hazırda gəminin hansı səbəbdən alovlanaraq batdığı məlum deyil. Rumıniyanın aidiyyəti qurumları hadisənin səbəblərini araşdırır.
Qeyd edək ki, dənizçilik reyestr məlumatlarına əsasən, “PROGRESS IV” gəmisinin qeydiyyatda olan sahibi Seyşel adalarında qeydiyyatdan keçmiş “Katriona Alliance” şirkətidir. Gəminin idarəçisi isə BƏƏ-də yerləşən “Zabrama FZE” şirkəti olub. Açıq gəmiçilik məlumatlarına görə gəmi 2006-cı ildə istismara verilib və müxtəlif dövrlərdə “Shun Ci”, “Tian Fu 22” və “Hui Yang 27” adlarını daşıyıb. 2023-cü ildən “PROGRESS IV” adını alıb. 2024-cü ilin sonundan isə Dominika bayrağı altında qeydiyyatdan keçib.

DİGƏR XƏBƏRLƏR

Top