İranla bağlı görüş keçiriləcək – Bu tarixdə…

Avqustun 30-da İstanbulda Aİ 3-lüyünün (Birləşmiş Krallıq, Almaniya və Fransa), həmçinin, Misir, Səudiyyə Ərəbistanı, Pakistan və Türkiyənin xarici işlər nazirlərinin iştirakı ilə İranla bağlı görüş keçiriləcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə DPA agentliyi Almaniya hökumətindəki mənbələrə istinadla məlumat yayıb.
Məlumata görə, danışıqların təşəbbüskarı Almaniya və Türkiyə tərəfləri olub. Nazirlər, digər məsələlərlə yanaşı, Hörmüz boğazında naviqasiya azadlığının təmin edilməsini və regiondakı təhlükəsizlik vəziyyətinin nizamlanmasını müzakirə edəcəklər.
İştirakçı ölkələr görüşün ABŞ üçün İranla danışıqların davam etdirilməsinin vacibliyi barədə siqnal olacağını gözləyirlər.
Agentlik yazır ki, Qara dənizdəki vəziyyət və Ukrayna taxıl ixracı da gündəmdə olacaq.

DİGƏR XƏBƏRLƏR

Top