
Mavritaniyanın keçmiş xarici işlər naziri İsmayıl Uld Şeyx Əhməd yekdilliklə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi seçilib.
Yeniavaz.com xəbər verir ki, o, bu vəzifədə Hüseyn İbrahim Tahanı əvəz edib.
Qərar Səudiyyə Ərəbistanının Ciddə şəhərindəki İƏT Xarici İşlər Nazirləri Şurasının fövqəladə iclasında qəbul edilib.
65 yaşlı mavritaniyalı diplomat beş illik müddətə İƏT-in rəhbəri vəzifəsini icra edəcək.
Səsvermədən sonra çıxış edən İsmayıl Uld Şeyx Əhməd bildirib ki, o, bu vəzifəyə məsuliyyətin böyüklüyünü və etibar yükünü dərindən dərk edərək gəlir.
Tətbiqimizi yükləyə bilərsiniz