
Xəbər verdiyimiz kimi, “Sabah” komandası UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb.
Yeniavaz.com xəbər verir ki, Azərbaycan çempionu “Sabah” Tofiq Bəhramov adına Respublika stadionunda İsrail çempionu “Hapoel” (Beer-Şeva) ilə qarşılaşıb.
Təmsilçimiz hesabda iki dəfə geriyə düşsə də, matçın əsas vaxtını 3:2 hesablı qələbə ilə başa vurub və görüşü əlavə vaxta aparıb.
Əlavə vaxtda isə “Sabah” daha iki qol vuraraq adını qitənin ən böyük turnirində əsas mərhələyə yazdırıb.
Görüşün icmalını təqdim edirik:
Tətbiqimizi yükləyə bilərsiniz