
4 il əvvəl qeydiyyata alınan “Göktürk Group” MMC-nin (VÖEN – 1007812301) dövlət büdcəsinə 323 min 454 manat 72 qəpik vergi borcu yaranıb.
Yeniavaz.com xəbər verir ki, MMC-nin hüquqi ünvanı Binəqədi rayonu, Asəf Zeynallı, ev 33, m. 43-də yerləşir.
Nizamnamə kapitalı 60 min 10 manat olan şirkətin qanuni təmsilçisi Zeynalov Elçin Əsgər oğludur.
Qeyd edək ki, eyni ünvanda, eyni şəxsin rəhbərlik etdiyi və nizamnamə kapitalı 10 manat olan başqa bir MMC-nin – “Uluturan” MMC-nin (VÖEN – 1005004121) isə dövlət büdcəsinə 6 min 79 manat 6 qəpik vergi borcu var.
Asəf Zeynallı, ev 33, m. 43 ünvanında qeydiyyatda olan və Zeynalov Elçin Əsgər oğlunun rəhbərlik etdiyi daha bir şirkət isə “Bozqurd Group” MMC (VÖEN – 1007812971) adlanır.
Məlumat üçün bildirək ki, “Uluturan” MMC-yə məxsus olduğu qeyd olunan veb-saytda şirkətin neft-kimya sənayesinin müxtəlif sahələrində fəaliyyət göstərdiyi bildirilir. Atilla Alptürk adlı şəxsin isə şirkətinin baş direktoru və təsisçisi olduğu qeyd olunub.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz