2015-ci ilin göstəricilərini artıq 4-5 dəfə üstələyən Türkiyəyə turlar üzrə tələbat deməyə imkan verir ki, Rusiya bazarında Türkiyənin “qiymət-keyfiyyət” nisbətində rəqibi yoxdur. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Moskvada keçirilən Rusiyanın ilk “World Tourism Forum” sammitində “Anex Tour”un baş direktoru Neşet Koçkar deyib. Onun sözlərinə görə, ötən 2016-ci illə bağlı müxtəlif dəyərləndirmələr var: “Türkiyə və Rusiya arasında hər hansı qeyri-adi hadisə baş verməsə, Rusiya və keçmiş sovet ölkələri üçün Türkiyə çox məhsuldar turizm mövsümü olacaq”. N. Koçkar qeyd edib ki, hazırda müəyyən sayda turist Türkiyəni ziyarət etməyə davam edir: “2015-ci ildə satış sahəsində rəqəmləri müqayisə etsək görərik ki, hazırda həmin illə müqayisədə 4-5 dəfə artıq satış həyata keçirilib. Bu, çox böyük rəqəmdir. Bu onu göstərir ki, bizim rus qonaqlarımız Türkiyə üçün darıxıblar”.