Bakıya qanunsuz yolla 866 qutu qəlyan tütünü gətirmək istədilər


Gömrük qaydaları pozulmaqla ölkə ərazisinə gətirilən qəlyan tütünləri aşkar edilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.
Bildirilib ki, gömrük nəzarəti tədbirləri çərçivəsində Bağdad-Bakı aviareysi ilə gələn sərnişinlərin Hava Limanının ərazisində dayanan minik avtomobilinə müxtəlif bağlamalar qoyaraq ərazini tərk etdikləri müəyyən edilib.
“Həmin nəqliyyat vasitəsinə keçirilən gömrük baxışı zamanı xarici ölkələrin hava limanlarında sərnişinlərə paylanaraq ölkə ərazisinə şəxsi istifadə adı altında gətirilən bağlamalardan üzərində Azərbaycan Respublikasına məxsus məcburi nişanlanma olmayan 866 qutu qəlyan tütünü aşkar edilib.
Faktla bağlı araşdırma aparılır”, - məlumatda deyilir.

DİGƏR XƏBƏRLƏR

Top