Paytaxt sakini əvvəlcə evini balta ilə dağıtdı, sonra yandırdı – Video


Xətai rayonunun Məhəmməd Hadi küçəsində, “Həzi Aslanov” metrostansiyasının yaxınlığındakı yaşayan paytaxt sakininin ötən gecə evini yandırdığı bildirilir.
Yeniavaz.com
“Qafqazinfo”ya istinadla xəbər verir ki, yanğın hadisəsini qəsdən törətməkdə şübhəli bilinən 47 yaşlı şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Bildirilir ki, araşdırmalarla onun ruhi-əsəb xəstəliklərindən əziyyət çəkdiyi məlum olub və xüsusi təyinatlı tibb müəssisəsinə yerləşdirilməsi təmin edilib.
Qeyd edək ki, yanğından əvvəl həmin mənzildə orta yaşlı kişinin əlində balta ilə mətbəxdə dağıntılar törətməsi, əsəbi şəkildə hərəkətlər etməsi qonşular tərəfindən lentə alınıb.

DİGƏR XƏBƏRLƏR

Top