İran Hörmüzdə gəmilərdən xidmət haqqı alacaq – Parlament təsdiqlədi


İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsi Hörmüz boğazından keçərkən gəmilərdən müxtəlif xidmətlərə görə ödəniş tələb edən müddəanı təsdiqləyib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Komitənin rəsmi nümayəndəsi Həsən Qaşqavi “Mehr” xəbər agentliyinə danışıb.
O bildirib ki, burada komitənin əvvəllər müzakirə etmədiyi “Hörmüz boğazının təhlükəsizliyinin və inkişafının təmin edilməsi üzrə strateji tədbirlər haqqında” qanun layihəsinin 3-cü maddəsinə istinad edilir.
Təsdiq edilmiş müddəaya əsasən, boğazdan keçməsinə icazə verilən ölkələrin gəmilərindən dənizçilik və ətraf mühit xidmətləri, xüsusi şərtlər altında yanacaq doldurma, sığorta, təhlükəsizlik və digər xidmət növləri üçün ödənişlər alınacaq. Onlar İran rialı və ya İslam Respublikasının məqbul hesab etdiyi digər valyuta ilə ödənilə biləcək.
Qaşqavi naviqasiyanı tənzimləyərkən sahil dövlətlərinin hüquqlarını və suverenliyini nəzərə almaq lazım olduğunu vurğulayıb. O, beynəlxalq hüquqda təsbit edilmiş naviqasiya azadlığı ilə paralel olaraq, Hörmüz boğazı ilə həmsərhəd olan ölkələrin təhlükəsizliyi və suverenliyinin də qorunub saxlanılmalı olduğunu qeyd edib.

DİGƏR XƏBƏRLƏR

Top