
“ChatGPT” çatbotu yeniləndikdən sonra, “iMessage” istifadəçilərinin mesajlarını oxumaq və təhlil etmək, onların adından mesaj yazmaq və göndərmək imkanı əldə edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Independent” qəzeti məlumat verib.
Məlumata görə, “Mac” tətbiqinə edilən yeniləmə süni intellektlə işləyən çatbota istifadəçi adından mesajlar yazmağa və göndərməyə imkan verir.
Bu, həmçinin “ChatGPT”yə bütün istifadəçi mesajlarını nəzərdən keçirərək kiminlə ünsiyyət qurduğunu və nələrdən danışdığını təhlil etməyə imkan verəcək.
Bu funksiya açıq şəkildə aktivləşdirmə tələb edir. Bundan əlavə, istifadəçi parametrlərdə bu sorğunu deaktiv etmədikcə, sistem hər mesajı göndərməzdən əvvəl icazə istəyəcək.
Tətbiqimizi yükləyə bilərsiniz