
“ABŞ Maliyyə Naziri Skott Bessent və Pentaqon katibi Pit Heqset tamamilə səriştəsizdir”.
Yeniavaz.com xəbər verir ki, bunu İran Parlamentinin sədri Məhəmməd Qalibaf deyib.
“Amerikalılar düşünürlər ki, İrana təzyiqi artırmaqla, müqavilənin bir hissəsi olmayan güzəştlər əldə edəcəklər. ABŞ Maliyyə Naziri Skott Bessent və Pentaqon katibi Pit Heqset tamamilə səriştəsizdirlər. Bu təlxəklər komandasının papaqlarından dovşan çıxarıb özünüz yaratdığınız qarışıqlığı təmizləməsini gözləməyi dayandırın”, - o bildirib.
Tətbiqimizi yükləyə bilərsiniz