Poqba komandası ilə vidalaşdı


“Monako” klubu fransız yarımmüdafiəçisi Pol Poqba ilə müqaviləni qarşılıqlı razılaşma əsasında vaxtından əvvəl ləğv edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
33 yaşlı futbolçu ötən mövsümdən bəri “Monako”da oynayır. Belə ki, o, “Monako” ilə 2025-ci ilin iyun ayından 2027-ci ilin iyun ayına qədər müqavilə imzalayıb.
Yarımmüdafiəçi əvvəllər “Mançester Yunayted” və “Yuventus”da oynayıb. 2024-cü ildə antidopinq qaydalarını pozduğuna görə dörd il müddətinə diskvalifikasiya edilib. Lakin sonradan cəza müddəti on səkkiz aya endirilib.
Pol Poqba Fransa millisi ilə 2018-ci il Dünya Kubokunu qazanıb və Xorvatiyaya qarşı final oyununda qələbə qolunu vurub (4-2). O, həmçinin milli komanda ilə 2016-cı il Avropa Çempionatında və 2021-ci il Millətlər Liqasında gümüş medal qazanıb.

DİGƏR XƏBƏRLƏR

Top