
ABŞ hakimiyyəti məsələnin hərbi yolla həlli istiqamətində əvvəlki kurs əvəzinə İranı tədricən “boğmaq” strategiyasına keçib.
Yeniavaz.com xəbər verir ki, bu barədə CNN telekanalı ABŞ rəsmisinə istinadla məlumat yayıb.
Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp ABŞ administrasiyasının rəsmilərinə, xüsusilə də, vitse-prezident Ceyms Devid Vens, kürəkəni Cared Kuşner və xüsusi nümayəndə Stiv Uitkoffdan ibarət danışıqlar qrupuna İranla danışıqları dayandırmağı tapşırıb.
Mənbə həmçinin qeyd edib ki, ABŞ siyasi müttəfiqlərini strategiyadakı dəyişiklik barədə məlumatlandırıb. Nəticədə, İrana “dərhal zərbə endirmək” strategiyası uzunmüddətli perspektivdə onu “boğmaq” strategiyası ilə əvəz olunub.
Mənbələrə görə, Tramp Tehranın tələblərini yerinə yetirmək istəməməsindən narazıdır. O, dialoqu bərpa etməzdən əvvəl İran liderlərinin istədiyi razılığa gəldiklərini görmək istəyir.
CNN qeyd edir ki, Tramp əvvəllər dəfələrlə danışıqların yaxşı irəlilədiyini və yeni bir razılaşmanın qaçılmaz olduğunu iddia etsə də, Amerika lideri indi bu istiqamətdə heç bir diplomatik səylərin olmadığını bildirir.
Qeyd edək ki, Tramp daha əvvəl “Truth Social” sosial şəbəkə səhifəsində də ABŞ-nin İranla danışıqlar aparmadığını və bunu etmək planlarının olmadığını bildirmişdi.
Tətbiqimizi yükləyə bilərsiniz