
Yaxın gələcəkdə ABŞ-nin cənub sərhədində insanabənzər robotlar patrul xidməti göstərəcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Fox News” telekanalı məlumat yayıb.
Məlumata görə, “Phantom” adlı roborlar qeyri-bərabər ərazilərdə şəkildə hərəkət edə və insanları digər obyektlərdən ayıra, xəritələr tərtib edə və insanlar, PUA-lar və kameralar üçün çətin şəraitdə müşahidələr apara biləcək.
Artıq yeni texnologiya ABŞ Daxili Təhlükəsizlik Nazirliyinə təqdim edilib.
Telekanalın məlumatına görə, “Foundation” şirkətinin baş direktoru Sankaet Patak bildirib ki, şirkət milli təhlükəsizlikdən məsul olan bir neçə ABŞ idarəsi ilə danışıqlar aparır.
Onun sözlərinə görə, şirkətin əsas məqsədi robotların kəşfiyyat funksiyalarını avtonom şəkildə yerinə yetirməsini təmin etmək və təhlükəsizlik işçilərini potensial sərhəd keçid məntəqələri barədə xəbərdar etməkdir.
Patak ABŞ administrasiyasından belə bir sorğu alınacağı təqdirdə şirkətin gələcəkdə sərhəd əməliyyatları üçün robotları silahlandırmaq ehtimalını da istisna etməyib.
Qeyd edək ki, aprelin 30-da ABŞ Federal Rabitə Komissiyası (FCC) Çindən yeni insanabənzər və dördayaqlı robotların idxalını qadağan edib.
Komissiyanın məlumatına görə, qərar ölkədə süni intellektin inkişafını milli təhlükəsizlik təhdidlərindən qorumaq və əsas perspektivli sənaye sahələrini ABŞ-yə qaytarmaq zərurəti ilə əsaslandırılır.
Bundan əlavə, bərpa olunan enerji mənbələrinin və batareyaların məlumat mərkəzi şəbəkələrinə və avadanlıqlarına qoşulmasına imkan verən güc çeviricilərinin artıq ABŞ-yə idxalı qadağandır.
Tətbiqimizi yükləyə bilərsiniz