Messi ardıcıl üçüncü dəfə penalti zərbəsini yerinə yetirə bilmədi


“İnter Mayami”nin argentinalı hücumçusu Lionel Messi Böyük Futbol Liqasının (MLS) müntəzəm mövsümünün “Neşvil”lə səfər oyununda penalti zərbəsini dəqiq yerinə yetirə bilməyib.
Yeniavaz.com
xəbər verir ki, oyun 4-1 hesabı ilə “Neşvill”in xeyrinə başa çatıb.
23-cü dəqiqədə ev sahibi komandanın qapısına penalti təyin edilib. Lakin qapıçı Messinin zərbəsini dəf edib. Bununla da, argentinalı oyunçu bu il ardıcıl üçüncü dəfə penalti zərbəsini dəqiq yerinə yetirə bilməyib. Belə ki, bundan əvvəl 2026-cı il Dünya Kubokunda iki penaltini yerinə yetirə bilməmişdi.
Qeyd edək ki, “Neşvill” 19 oyundan 43 xalla turnir cədvəlində birinci yerdədir. “İnter Mayami” isə 19 oyundan 38 xalla turnir cədvəlində ikinci yeri tutur.
“Neşvill” avqustun 20-də səfərdə “Nyu York Red Bulls”la oynayacaq, “İnter Mayami” isə həmin gün “Filadelfiya” ilə səfər oyunu keçirəcək.

DİGƏR XƏBƏRLƏR

Top