Almaniya prezidenti Yoahim Qauk Frank Valter Ştaynmayeri xarici işlər naziri vəzifəsindən azad edərək onun səlahiyyətlərini Sosial Demokrat Partiyasının sədri, keşmiş iqtisadiyyat naziri Ziqmar Qabrielə verib. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bununla bağlı mərasim Almaniya prezidentinin iqamətgahında keçirilib. Bundan başqa, ədliyyə naziri Briqit Tsipris də vəzifəsindən azad edilib. Xanım Tsipris iqtisadiyyat naziri vəzifəsində çalışacaq.