
İran hakimiyyəti vasitəçilərin köməyi ilə ABŞ-yə Hörmüz boğazının açılması şərtlərini çatdırıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə İslam Respublikasının Ali Milli Təhlükəsizlik Şurasının yeni katibi Möhsün Rzayi məlumat yayıb.
Bildirilib ki, bu şərtlərə Livan və Qəzzadakı müharibələrə son qoymaq və İran aktivlərini azad etmək daxildir:
“ABŞ davranışını dəyişməyincə və İranın şərtlərini qəbul etməyincə boğaz açılmayacaq. ABŞ müharibəyə son qoymalı, İranın dondurulmuş aktivlərini geri ödəməli, Livan və Qəzza da daxil olmaqla, bütövlükdə regionda müharibəyə son qoyulmalıdır. Vasitəçilərlə çatdırılan digər şərtlər də qəbul edilməlidir”.
Rzayi vurğulayıb ki, İran və Oman arasında Hörmüz boğazı ilə bağlı razılaşma onun açılmasına təsir göstərməyəcək.
Tətbiqimizi yükləyə bilərsiniz