113 nəfər Gürcüstandan deportasiya edildi – Azərbaycanlılar da var


Son günlərdə 113 xarici vətəndaş Gürcüstandan deportasiya edilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya İdarəsi sosial şəbəkə səhifələrində məlumat yayıb.
Məlumata görə, Miqrasiya İdarəsi tərəfindən görülən kompleks tədbirlər nəticəsində Türkiyə, Türkmənistan, Rusiya, Hindistan, Ermənistan, Çin, Keniya, Kuba, Özbəkistan, Qazaxıstan, Azərbaycan, Misir, Efiopiya, İordaniya, Nepal, Nigeriya, Pakistan, Tailand və digər dövlətlərdən ümumilikdə 113 vətəndaş ölkədən çıxarılıb.
Mövcud qanunvericiliyə uyğun olaraq, deportasiya edilən şəxslərin ölkəyə girişi qadağan edilib.

DİGƏR XƏBƏRLƏR

Top