“Tesla” 20 mindən çox avtomobili geri çağırır


Amerika avtomobil istehsalçısı “Tesla” ABŞ-də yaxın faraların parlaqlığının həddindən artıq artması ilə əlaqədar 20 min 349 avtomobilini geri çağırır.
Yeniavaz.com
“Reuters” agentliyinə istinadla xəbər verir ki, bu barədə ABŞ Milli Yol Hərəkəti Təhlükəsizliyi Administrasiyası məlumat yayıb.
Məlumata görə, geri çağırış “Tesla”nın bəzi “Model 3” və “Model Y” avtomobillərinə təsir göstərir.
Faraların parlaqlığının həddindən artıq artması qarşıdan gələn sürücülər üçün görmə qabiliyyətini azalda və qəza riskini artıra bilər.
Tənzimləyici qeyd edib ki, problemin son həlli hələ müəyyən edilməyib.

DİGƏR XƏBƏRLƏR

Top