
“Aston Villa” “Real Madrid” klubunun və Braziliya millisinin hücumçusu Endrikin transferini nəzərdən keçirir.
Yeniavaz.com xəbər verir ki, bu barədə “AS” nəşri məlumat yayıb.
Məlumata görə, futbolçu oyun vaxtı qazanmaq üçün Madrid klubundan ayrılmaq istəyir.
Onun icarəyə götürülməsi ehtimalı da istisna deyil. Endrik həmçinin beynəlxalq yarışlarda, xüsusilə də Çempionlar Liqasında oynamaq və start heyətinin əsas üzvü olmaq istəyir.
“Aston Villa” ilə yanaşı “Roma” da vəziyyəti izləyir.
Qeyd edək ki, Endrik 2025/2026 mövsümünün ikinci yarısını Fransanın “Lion” klubunda icarə əsasında keçirib. O, bütün turnirlərdə 21 oyunda 8 qol vurub və 8 məhsuldar ötürmə edib.
“Transfermarkt” portalındakı məlumata görə, onun transfer qiyməti 40 milyon avrodur.
Tətbiqimizi yükləyə bilərsiniz