Xameneinin videosu köhnədir?


“Media tərəfindən yayımlanan Müctəba Xameneinin videosu İranın Ali Lideri olmazdan əvvəl çəkilib, lakin o, sağlamdır və təhlükəsizlik səbəbləri ilə ictimaiyyət qarşısına çıxmır”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə iranlı mənbə TASS-a bildirib.
“Bu, köhnə videodur. O, Ali Lideri olmazdan əvvəl çəkilib”, - agentliyin mənbəyi bildirib.
Mənbə həmçinin Xameneinin sağlamlığının yaxşı olduğunu qeyd edib:
“O, sağlamdır və ictimaiyyətin diqqətindən kənarda qalmasının yeganə səbəbi təhlükəsizliklə bağlı narahatlıqlardır”.
Qeyd edək ki, bir müddət əvvəl İranın “Mehr” xəbər agentliyi Müctəba Xameneinin bir qrup insanla danışdığı videonu yayımlayıb. Çəkiliş yeri və vaxtı göstərilməyib.

DİGƏR XƏBƏRLƏR

Top