
Ukrayna 9 avqust gecəsi Belqorod şəhərinə dron hücumu həyata keçirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə vilayət qubernatoru vəzifəsini icra edən Aleksandr Şuvayev məlumat yayıb.
Onun sözlərinə görə, iki uşaq da daxil olmaqla 13 nəfər yaralanıb. Dörd yaşlı oğlan sinəsindən qəlpə yaraları ilə xəstəxanaya yerləşdirilib. Dron hücumu nəticəsində fərdi evdə və iki avtomobildə yanğın baş verib. Ən azı dörd mənzil binası, bir inzibati bina, sosial və kommersiya obyektləri zərər görüb.
Tətbiqimizi yükləyə bilərsiniz