Beş meymun hekayəsi


(Həyat dərsi)

Qəfəsə beş meymun salırlar. Qəfəsin ortasında bir nərdivan, yuxarıda isə ipdən asılmış bir salxım banan var. Hansı meymun nərdivana qalxıb banandan götürmək istəsə, onu kənardan soyuq su ilə isladırlar. Nəticədə, bütün meymunlar növbə ilə bu təcrübəyə məruz qalırlar.
Bir qədər sonra meymunlardan birini qəfəsdən çıxarır və yerinə yeni bir meymun salırlar (adı “A” olsun). Təbii ki, yeni meymunun ilk gördüyü iş bananları götürmək üçün nərdivana qalxmaq olur. Ancaq o biri dörd meymun buna mane olur və yeni meymunu döyməyə başlayırlar. Sonra islanmış meymunlardan birini də dəyişirlər (adı “B” olsun). Bu meymunun da nərdivana ilk hücumu cəza ilə nəticələnir. Və ən qəribəsi isə budur ki, ikinci meymunu ən çox döyən birinci meymundur. Sonra islanmış meymunlardan üçüncüsünü də dəyişirlər. Bu meymunun da (adı “C” olsun) taleyi o birilərindən fərqlənmir. Və yeni gələn iki meymun üçüncü meymunu nə üçün döydüklərini bilmirlər. Üstəlik, üçüncü meymunu ən çox döyən də onlardır. Nəhayət, dəyişmək növbəsi dördüncü (adı “D” olsun) və beşinci (adı “E” olsun) meymunlara çatır. Ancaq başlarının üzərində bir salxım banan olsa da, heç biri bu bananlara yaxınlaşmaq istəmir. Niyə? Çünki “burada işlər belə gəlir və belə də gedir”…

Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top