
“Telegram”ın “App Store”dan müvəqqəti olaraq silinməsi şantaj səbəbindən baş verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə tətbiqin qurucusu Pavel Durov məlumat yayıb.
Onun sözlərinə görə, moderatorlar adətən bütün qanunsuz məzmunu tez bir zamanda silirlər. Lakin bu halda, təcavüzkar qrup söhbətlərindən birində köhnə bir mesajı redaktə edib. Buna görə də, işçilər onu dərhal görə və bildirə bilməyiblər.
Durovun sözlərinə görə, bu istifadəçi qrup sahiblərindən icmalarına hücum etməmələri müqabilində pul tələb edən şantajçıdır. Əgər onlar imtina etsələr, təcavüzkar qanunsuz məzmun yerləşdirir və sonra “Apple”a bildirir.
Teleqramın qurucusu “Apple”ın nümayəndələrinin onun əməkdaşları ilə əlaqə saxlamadan messenceri sildiyini vurğulayır. Durov bunu mağazadakı hər bir tətbiq üçün potensial sistemli təhlükə kimi görür:
“Əgər bir milyarddan çox insanın istifadə etdiyi bir tətbiq əvvəlcədən xəbərdarlıq edilmədən “App Store”dan silinə bilərsə, bu, istənilən tətbiqin başına gələ bilər”.
Xatırladaq ki, avqustun 3-ü “Apple” Teleqramı “App Store”dan silib. Tətbiq ABŞ, Hindistan, Avstraliya və Sinqapurdakı bəzi istifadəçilər üçün əlçatmaz olub. Silinmə uşaqlara qarşı cinsi zorakılıq ehtiva edən məzmuna görə baş verib. Bu məzmun silindikdən və onu paylaşan istifadəçi bloklandıqdan sonra “Apple” messenceri bərpa edib.
Tətbiqimizi yükləyə bilərsiniz