Danimarka “erməni soyqırımı” ilə bağlı qərarını verdi

Danimarka parlamentində 1915-ci il hadisələri ilə əlaqədar “erməni soyqırımı” iddiaları mövzusunda Türkiyəni günahlandıran mətn gündəmdən çıxarılıb. “Yeniavaz.com”un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, mətndə 1915-ci il hadisələri faciəvi və məyusedici kimi qiymətləndirilib. Parlamentarilər tərəflərin tarixi sənədləri tarixçilərə təqdim edilməsini və problemin dialoq yolu ilə həll edilməsini təklif ediblər. Qeyd edək ki, Danimarkada indiyədək heç bir hökumət 1915-ci il hadisələrini soyqırım kimi tanımayıb.

DİGƏR XƏBƏRLƏR

Top