Franko Baresi vəfat etdi


1982-ci ildə İtaliya milli futbol komandası ilə Dünya Kubokunun qalibi olan Franko Baresi vəfat edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Milan” klubunun mətbuat xidməti məlumat yayıb.
66 yaşlı idmançının ölüm səbəbi açıqlanmayıb.
Qeyd edək ki, iyulun 29-u İtaliya KİV-ləri Baresinin ölümü ilə bağlı xəbərlər dərc edib. O zaman “Milan”ın mətbuat xidməti xəbərləri təkzib edərək onun çətin bir dövrdən keçdiyini bildirib.
Baresi bütün karyerasını 1978-ci ildən 1997-ci ilə qədər “Milan”da keçirib. O, komandada 716 oyun keçirib və bu göstəricidə yalnız Paolo Maldinidən (901) geri qalıb. Müdafiəçi olan Baresi Milanda 33 qol vurub və 24 məhsuldar ötürmə edib. O, komanda ilə altı İtaliya çempionluğu və dörd İtaliya Super Kubokunu qazanıb. 1989, 1990 və 1994-cü illərdə Baresi Çempionlar Liqasını (1992-ci ilə qədər Avropa Kuboku) qazanıb. Həmin illərdə UEFA Super Kubokunun da sahibi olub.
Baresi İtaliya milli komandasında 81 oyun keçirib və bir qol vurub. Milli komanda ilə 1982-ci il Dünya Kubokunu, 1994-cü il Dünya Kubokunun ikinciliyini və 1990-cı il Dünya Kubokunun bürünc medalını qazanıb. O, həmçinin 1988-ci il Avropa Çempionatında İtaliya millisi ilə bürünc medal qazanıb. 2013-cü ildə adı İtaliya Futbol Şöhrət Zalına daxil edilib.
 

DİGƏR XƏBƏRLƏR

Top