İtaliyanın Peskara əyalətində qar uçqunu altında qalmış “Rigopiano” otelində ölənlərin sayı 25 nəfərə çatıb. RİA Novosti agentliyinin xəbərinə görə, xilasedicilər qarın altından qadın meyitini çıxarıblar. Bundan əvvəl hadisə nəticəsində 18 nəfərin öldüyü bildirilirdi. Hazırda 4 nəfər itkin düşmüş hesab edilir. Davam edən xilasedici əməliyyat nəticəsində 11 nəfər xilas edilib. Qar uçqunu yanvarın 18-də bölgədə qeydə alınmış bir neçə zəlzələdən sonra baş verib.APA