
Yurgen Klopp Almaniya milli futbol komandasının baş məşqçisi təyin edilib.
Yeniavaz.com xəbər verir ki, bunu Almaniya Futbol Assosiasiyasının prezidenti Bernd Noyendorf mətbuat konfransında elan edib.
Xatırladaq ki, komandanı bu ilki Dünya Kubokunun 1/32 finalına çıxaran və Paraqvaya penaltilərlə uduzan Almaniya millisinin baş məşqçisi Yulian Naqelsmann istefa verib.
Jurnalist Fabritsio Romanonun sözlərinə görə, Kloppla müqavilə 2030-cu ilin iyul ayına qədər qüvvədə olacaq.
Qeyd edək ki, 59 yaşlı Klopp son olaraq Liverpulda çalışıb. Alman mütəxəssis komandanı 2015-ci ildən 2024-cü ilə qədər çalışdırıb və 2019-cu ildə Çempionlar Liqasını, 2020-ci ildə isə 30 ildən sonra ilk dəfə İngiltərə çempionluğunu qazanıb.
Tətbiqimizi yükləyə bilərsiniz