Dağlıq Qarabağdan Yerevan qospitalına gətirilən iki erməni hərbi qulluqçunun vəziyyəti ağır olaraq qalmaqda davam edir. "Yeniavaz.com"un Aremenpress-ə istinadən verdiyi məlumata görə, müqavilə ilə xidmət edən hərbi qulluqçu Aleksey Avanesyan topuğundan yaralanıb. Onun ayaqlarından biri kəsilib. Digər hərbi qulluqçu Qurgen Sarkisyan isə kəllə-beyin travması alıb. Süni nəfəs aparatına qoşulan Sarkisyanın sağalmasına ümid azdır. Sarkisyan yanvar ayının 16-də cəbhə xəttində baş verən atışmada yaralanıb. Ötən ilin aprel döyüşlərindən əvvəl cəbhə xəttində yaralanan digər hərbi qulluqçular Mqer Petrosyan Almaniyaya, Aşot Qriqroyan və adı mətbuata açıqlanmayan digəri isə Rusiyaya müalicəyə göndəriləcəklər.