
“Opta” analitika şirkətinin superkompüteri İspaniyanı Dünya Kuboku finalının favoriti elan edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Opta” analitika şirkətinin rəsmi saytında məlumat dərc olunub.
Superkompüter İspaniya və Argentinanın qarşılaşacağı 2026-cı il Dünya Kuboku finalında İspaniyaya 56,31%, Argentinaya isə 43,69% qələbə şansı verib.
Qeyd edək ki, Argentina yarımfinalda İngiltərəni 2-1, İspaniya isə Fransanı 2-0 hesabı ilə məğlub edib.
Xatırladaq ki, final oyunu iyulun 19-da baş tutacaq və ABŞ-nin Nyu-Cersi ştatındakı “Metlife” stadionunda keçiriləcək.
Tətbiqimizi yükləyə bilərsiniz