
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) 15 İyul – Demokratiya və Milli Birlik Günü münasibətilə Türkiyəyə təbrik ünvanlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Nazirliyin “X” sosial media hesabında məlumat dərc olunub.
“Demokratiyanın, milli iradənin və birliyin müdafiəsi uğrunda həyatlarını qurban vermiş şəhidlərin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edir, qəhrəman qazilərə minnətdarlığımızı bildiririk. 15 İyul – Demokratiya və Milli Birlik Gününüz mübarək!”, - məlumatda qeyd olunub.
Tətbiqimizi yükləyə bilərsiniz