Rusiyadan daha bir unikal silah - SMS göndərən silahlar

Mobil rabitə qüllələrini dəyişə və abonentlərə SMS, audioməlumat göndərə bilən, perspektivdə isə kiçik videoçarxlar göndərə biləcək pilotsuz uçuş aparatları (PUA) rəsmi olaraq Rusiya ordusunun silah arsenalına daxil edilib. “Yeniavaz.com”un “İzvestiya” qəzetinə istinadən verdiyi məlumata görə, dronlar artıq Rusiyanın Suriyada apardığı əməliyyatlarda uğurla sınaqdan keçib və yaxın vaxtlarda Müdafiə Nazirliyinin bölmələrinə təhvil veriləcək. Yeni PUA-lar “Orlan-10” pilotsuz aparatın əsasında yaradılıb. Onlar “Leer-3” RB-341B modernləşdirilmiş radioelektron mübarizə kompleksinin tərkibinə daxil olacaq. Vəzifəsi GSM şəbəkələrin basdırılması olan ilk “Leer”lər orduya 2015-ci ildə daxil olmuşdu. Lakin yaxın dövrədək komplekslər 3G və 4G texnologiyalarının istifadə edildiyi şəbəkələrlə işləyə bilmirdilər.

DİGƏR XƏBƏRLƏR

Top