Rəqəmsal avro yaradılır


Avropa Parlamenti (AP) rəqəmsal avro layihəsini təsdiqləyib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “European Conservative” nəşri məlumat yayıb.
Məlumata görə, layihə lehinə 416, əleyhinə 169 səslə qəbul edilib.
Hazırda yeni valyutanın 2029-cu ilin yanvar ayında istifadəyə verilməsi üçün müzakirələr Aİ Şurası, Avropa Parlamenti və Avropa Komissiyası arasında üçtərəfli danışıqlara keçir.
Tərəflərin 2026-cı ilin sonuna qədər bütün detallar barədə razılığa gələcəyi gözlənilir. Bundan sonra Avropa Mərkəzi Bankı 2027-ci ildə məhdud sınaqlara başlamağı planlaşdırır.
Brüssel bildirir ki, rəqəmsal avro Aİ-nin strateji muxtariyyətini gücləndirməli və Amerika ödəniş sistemlərindən asılılığı azaltmalıdır. Eyni zamanda o, nağd pulu əvəz etməyəcək, onunla birlikdə istifadə olunacaq.

DİGƏR XƏBƏRLƏR

Top