
Çeçenistan rəhbəri Ramzan Kadırov qarşıdan gələn seçkilərdə namizədliyini irəli sürmək üçün sənədlərini Çeçenistan Seçki Komissiyasına təqdim etdiyini bildirib.
Yeniavaz.com xəbər verir ki, o, bu barədə rəsmi “Telegram” kanalında məlumat dərc edib.
O, seçkilərdə iştirak etməyin onun üçün vacib və məsuliyyətli bir addım olduğunu bildirib. Kadırov, həmçinin bildirib ki, Çeçenistan Seçki Komissiyasının sədri Umar Bayxanov ona sənədlərin qəbul edilməsi və xüsusi seçki hesabı açmaq üçün icazənin verilməsi barədə sənəd təqdim edib.
Kadırov region rəhbəri üçün birbaşa seçkilərin keçirilməsini dəstəklədiyini qeyd edərək, respublika liderini sakinlərin seçməli olduğunu qeyd edib.
Kadırov əlavə edib ki, seçicilər onu dəstəkləsələr, regionun inkişafı üzərində işləməyə davam edəcək. O, heç bir böyük vəd vermək niyyətində olmadığını, əksinə respublika sakinləri üçün daha çox iş görmək üçün indiyə qədər gördüyü işi görəcəyini bildirib.
Tətbiqimizi yükləyə bilərsiniz