
İsveçrə milli komandası cari Dünya Kubokunda sonuncu dörddəbir finalçı olub.
Yeniavaz.com xəbər verir ki, Kolumbiyaya qarşı keçirilən matç əsas və əlavə vaxtdan sonra qolsuz başa çatıb. Lakin İsveçrə penaltilər seriyasında 4-3 hesabı ilə qalib gəlib.
Onların 1/4 finaldakı rəqibi Misiri 3:2 hesabı ilə məğlub edən Argentina olacaq.
Bu mərhələdə, həmçinin Fransa ilə Mərakeş, İspaniya ilə Belçika və İngiltərə ilə Norveç arasında qarşılaşmalar olacaq.
Oyunlar 9-12 iyul tarixlərində keçiriləcək.
Qeyd edək ki, Dünya Kuboku 11 iyunda başlayıb və 19 iyula qədər davam edəcək. Yarış ABŞ, Kanada və Meksikada keçirilir. İlk dəfə olaraq turnirdə 48 komanda iştirak edir. Hazırkı çempion Argentina millisidir.
Tətbiqimizi yükləyə bilərsiniz